Naxçıvan şəhərində quruculuq tədbirlərinin əhatə dairəsi genişlənir - VİDEO
Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı, mühüm infrastruktur layihələrinin uğurla həyata keçirilməsi qədim diyarımızda tikinti, quruculuq və abadlıq işlərini xeyli sürətləndirib. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq bir-birindən əhəmiyyətli sosialyönümlü obyektlər tikilib istifadəyə verilir, şəhər və kəndlər müasir görkəm alır.
Tikinti işlərinə önəm verilməsi, kifayət qədər vəsaitin ayrılması Naxçıvan şəhərində də ayrı-ayrı obyektlərdə işin sürət və keyfiyyətini artırır.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Məhəmməd Fərəcov