Muxtar respublikada “Muzey günləri” davam etdirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən şənbə Naxçıvan şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri muzeylərdə olublar.

“Muzey günləri” çərçivəsində Həmkarlar İttifaqları Şurasının kollektivi Biznes Mərkəzində olub. Ziyarətçilər burada muxtar respublikada istehsal olunan müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri və rəsm əsərləri ilə yanaşı milli dəyərlərimizin mühüm nümunələri olan xalçaçılıq, dekorativ-tətbiqi sənət, dulusçuluq işləri ilə tanış olublar.

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin kollektivinin ekskursiyası isə Nəbatat bağına olub.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin kollektivi Görkəmli şair-dramaturq Hüseyn Cavidin ev muzeyini, “Naxçıvanpoçt”un əməkdaşları isə Milli Dəyərlər Muzeyini ziyarət ediblər.  

Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin kollektivinə diyarımızın qədim abidələri arasında öz orijinal quruluşuna görə xüsusilə diqqəti cəlb edən Yusif Küseyroğlu Türbəsi haqqında geniş məlumat verilib.

Cəlil Məmmədquluzadənin ev muzeyini ziyarət edən “Naxçıvan Dəmir Yolları” MMC kollektivi böyük ədibin  həyat  və yaradıcılığına aid eksponatlarla, o cümlədən “Molla Nəsrəddin” jurnalının nüsxələri ilə tanış olublar.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin kollektivi Bəhruz Kəngərli muzeyi ilə tanış olublar.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: