Culfada 3 hektar sahədə yeni meyvə bağları salınıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Culfa rayonunun Gülüstan kəndində və Daşarx massivində 3 hektar ərazidə yeni meyvə bağları salınıb. Rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları ağacəkmə aksiyalarında yaxından iştirak ediblər.

Rayonun Gülüstan kəndi yaxınlığında 1,5 hektar sahədə yeni bağ salınıb. Həmin əraziyə 450 badam tingi əkilib. Tinglərin aqrotexniki qaydalar əsasında əkini və becərilməsi məqsədilə şırımlar açılıb və digər tədbirlər həyata keçirilib.

Culfa-Ordubad magistralının sağ tərəfində Daşarx massivində də geniş bir ərazidə yaşıllaşdırma tədbirləri aparılıb, yeni meyvə bağları salınıb. Həmin ərazidə daha 1,5 hektarda bağ salınması üçün hazırlıq işləri görülüb. Torpaq münbitləşdirilib, şırımlar açılıb, çalalar qazılıb. Aksiya iştirakçıları əraziyə 300 badam və 300 tut tingi əkiblər.

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: