Culfada sosial qayğıya ehtiyacı olan qadınlar arasında təşkil olunan təlimə 22 nəfər cəlb edildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlimdə 13-ü aztəminatlı ailənin üzvü, 9-u isə sağlamlıq imkanları məhdud qadın olmaqla 22 nəfər iştirak edib.
Təlimdə istedadlı toxucu qadın Gülsüm Kəngərli əyani vasitələrdən istifadə etməklə iştirakçılara toxuculuq peşəsini öyrədib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar müvafiq işlər görülür. Həmçinin qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr həyata keçirilir.