Naxçıvanda Süni Mayalanma Mərkəzi tikilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək rayonu ərazisində Süni Mayalanma Mərkəzi tikilir. Burada iki mərtəbədən ibarət inzibati bina, yataqxana, tövlə, yem anbarı və yemhazırlama sahəsi, baytarlıq klinikası, karantin məntəqəsi, müxtəlif laboratoriyalar və digər obyektlər inşa olunur. 

Hazırda muxtar respublikada 23 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Yeni yaradılacaq mərkəz bu sahədə işləri daha da təkmilləşdirəcək. Müvafiq məntəqələrdə həyata keçirilən tədbirlərin effektini artırmaq üçün  vahid mərkəzdən mütəşəkkil şəkildə idarə olunacaq. Məqsəd heyvanların cins tərkibinin yaxşılaşdırılması, eyni zamanda süd və ət istehsalının bir neçə dəfə artmasına nail olmaqdır. Layihə gələcəkdə muxtar respublikadan cins mal-qaranın diri çəkidə ixracı üçün potensial baza formalaşdıracaq.

Mərkəz həm də bir elmi-tədqiqat müəssisəsi kimi mühüm əhəmiyyət kəsb edəcək. Əvvəllər süni mayalanma toxumları başqa ölkələrdən gətirilirdisə, artıq buna ehtiyac olmayacaq. Yeni yaradılacaq mərkəzdə toxum istehsalı da aparılacaq.

                                           Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: