Babək rayonu 40 illik yubileyinə hazırlaşır - FOTOLAR

A- A A+

40 illik yubileyi qeyd ediləcək  Babək rayonunda geniş tikinti-quruculuq işləri aparılır. Babək qəsəbəsinin Heydər Əliyev prospektində inşa olunan yaşayış binasında son tamamlama işləri görülür.  Bina zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarətdir. 28 mənzilli binanın 7-si 3 otaqlı, 21-i isə 2 otaqlıdır. Binanın zirzəmisində ərzaq, kişi və qadın geyimləri mağazaları, bərbər, gözəllik salonu və dərzi yerləşəcək. Bina xidməti liflə təmin edilib.

Hazırda ətrafı abadlaşdırılan binanın həyətində müasir işıqlandırma sistemləri qurulacaq və sakinlərin istirahəti üçün lazımi şərait yaradılacaq.  Gənc ailələr bu binadan ipoteka  kreditlər ilə də mənzil ala biləcəklər. 

Rayon mərkəzində zirzəmi ilə birlikdə 5 mərtəbəli olan  inzibati bina isə yenidən qurulur. Burada bir sıra idarələrin kollektivləri fəaliyyət göstərəcək. Dövlət qurumlarının səmərəli işləməsi üçün hərtərəfli şərait yaradılır. Artıq elektrik və istilik xətlərinin çəkilişi başa çatdırılıb. Hazırda binanın fasadı üzlənir, daxildə tikinti işləri davam etdirilir.

Rayon elektrik şəbəkəsi üçün də inzibati bina tikilir. İkimərtəbəli olan binada tikinti işləri keyfiyyətlə aparılır.

Qeyd edək ki, tarixi abidələrimiz olan məscidlərin bərpası və yeni məscidlərin tikilməsi üçün mühüm tədbirlər həyata keçirilir. Hazırda Babək qəsəbəsində yerləşən məscid binası da yenidən qurulur. Məscidin iki giriş qapısı olacaq. Onun biri qadınlar, digəri isə kişilər üçündür. Ərazidə mərasim evi də tikilir. Məcsidin ətrafında yaşıllıqlar salınacaq və müasir işıqlandırma sistemləri qurulacaq.

                                                           Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: