Naxçıvanda turizmin təbliğində gənclərin rolu artırılır - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ağbulaq İstirahət mərkəzində turizm könüllülərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov və Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildiriblər ki, Ağbulaq İstirahət  Mərkəzində ilin bütün fəsillərində turistlərin mənalı istirahəti üçün şərait var. Buranın təbiəti, havası və müasir infrastrukturu kənddə ilin dörd fəslində turizmin inkişafına geniş imkanlar yaradır. 

Diqqətə çatdırılıb ki, Ağbulaq İstirahət Mərkəzinin təbliğində gənclərin, xüsusilə turizm könüllülərinin də üzərinə böyük vəzifələr düşür. Gənclər sosial şəbəkələrdə və digər internet resurslarında bu əsrarəngiz gözəlliyə malik turizm bölgəsinin təbliğində fəallıq göstərməlidirlər.

Turizm könüllüsü Sərxan Əliyev Ağbulaq Turizm-İstirahət Bölgəsinin təkcə muxtar respublika deyil, ölkə və dünya miqyasında mühüm turizm bölgəsi olduğunu qeyd edib, onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edərək Ağbulağın daha geniş miqyasda təbliğində fəallıq nümayiş etdirəcəklərini bildirib.

İstirahət mərkəzində muxtar respublikanın tarixi abidələri, gəzməli və görməli yerlərini əks etdirən fotosərgi də təşkil olunub.

Könüllülər Xizək Mərkəzinin imkanları ilə də tanış olub, kanat gəzintisinə çıxıb, çay süfrəsi arxasında Ağbulaq təəssüratlarını paylaşıblar.

 

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: