Ölkənin digər regionlarından olan NMİ tələbələri üçün Ağbulaq İstirahət Mərkəzinə gəzinti təşkil olundu

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gənclər Fondunun dəstəyi, Naxçıvan Müəllimlər İnstitutu Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən ekskursiyaya muxtar respublikaya ölkənin digər regionlarından təhsil almaq üçün gələn    tələbələr cəlb olunub. Məqsəd gənclərin Ağbulaq İstirahət Mərkəzi ilə daha yaxından tanış olması və asudə vaxtlarının səmərəli təşkilidir.

Ekskusiya çərçivəsində tələbələr Ağbulaq İstirahət Mərkəzini gəzib, mərkəz haqqında ətraflı məlumat alıblar. Ağbulaq Xizək Mərkəzi ilə tanışlıq gənclərdə daha xoş təəssürat yaradıb. Tələbələr kanatla Şahbuz rayonunun əsrarəngiz gözəlliklərini seyr ediblər.

Gəzintinin ardınca gənclər üçün çay süfrəsi də təşkil olunub.

                               Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: