Qaxda zəlzələ olub

A- A A+

Martın 31-də Zaqatala seysmoloji stansiyasından 23 kilometr cənubda - Qax rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 13:04-də qeydə alınıb.

Maqnitudası 2.9 olan və ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ bəzi vətəndaşlar tərəfindən hiss olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: