Təhsil müəssisələrində fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirildi - FOTOLAR

A- A A+

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  tədbirlər Naxçıvan şəhər Texniki Peşə və Sürücülük məktəbində və Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında təşkil olunub.

Hər iki tədbirin təşkilində məqsəd mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara məlumat vermək olub.

Mövzu ilə bağlı nazirlik əməkdaşlarının çıxışları dinləndikdən sonra tədbir iştirakçılarının verdiyi suallar cavablandırılıb, mövzulara aid slayd və videolar təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: