"Koronavirusa yoluxan insanların isti ölkələrə uçuşları qətiyyən yolverilməzdir" - Rusiyalı mütəxəssis

A- A A+

"Koronavirusa yoluxan insanların isti iqlimə malik ölkələrə uçuşları qətiyyən yolverilməzdir. Çünki ürək-damar sistemi yüksək temperaturdan əziyyət çəkir və tromboz (qanın damar daxilində və ya ürək boşluqlarında laxtalanması – red.) riski ortaya çıxır". 

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Rusiya Səhiyyə Nazirliyinin tibbi reabilitasiya üzrə baş mütəxəssisi, professor Qalina İvanova "İzvestiya" qəzetinə müsahibəsində deyib. Mütəxəssis ürək-damar sistemində baş verən dəyişikliklərlə əlaqədar bildirib ki, sözügedən xəstələr bu səbəbdən dağlıq əraziyə getməzdən, yaxud xizək sürməzdən əvvəl həkimə müraciət etməlidirlər: "Bu o demək deyil ki, ömür boyu oturmaq və trombozdan qorxmaq lazımdır. Sağlamlığınıza diqqət yetirməli, ümumi pulmonoloq, fiziki və reabilitasiya həkimindən məsləhət alınmalıdır". Q.İvanova əlavə edib ki, koronavirusa yoluxanlarda, həmçinin tənəffüs funksiyasının bərpası ən az 12 həftə çəkir. Professor gözlənilən müddətdə tənəffüs funksiyasına ciddi diqqət yetirməyi də tövsiyə edib".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: