Ordubad rayonunun bir sıra kəndində ahıllar tibbi müayinəyə cəlb olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri Ordubad rayonunun 4 kəndində olub, 16 tənha ahılı tibbi müayinədən keçirib.
Xəstəxananın 12 nəfərdən ibarət həkim briqadası tərəfindən rayonun Aşağı Əylis, Yuxarı Əylis, Ağrı və Vənənd kəndlərində müayinələr aparılıb. Tibbi aksiyada stomatoloq, oftalmoloq, uroloq, endokrinoloq, nevropatoloq, LOR, cərrah, travmatoloq, proktoloq və başqa ixtisas həkimləri iştirak ediblər.
Xəstəxanaya gələ bilməyən 16 tənha ahıla evlərində tibbi xidmət göstərilib. Gün ərzində laborator təhlillər aparılıb, ultrasəs müayinəsi keçirilib. Xəstələrə ilkin tibbi yardım üçün istifadə olunan zəruri dərmanlar verilib.
Qeyd edək ki, humanitar tibbi aksiya muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcək.
Adilə Səfərova