NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şuranın yeni tərkibi və sədri rayonun Ağsaqqallar Şurasının konfransında seçilib.
Şahbuz Rayon Ağsaqqallar Şurasının konfransının gündəliyi təsdiq edildikdən sonra hesabat məruzəsi dinlənilib. Şahbuz Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Fərhad Məmmədov məruzəsində bildirib ki, rayon ağsaqqallar şurası göstərilən qayğıdan bəhrələnərək Şahbuzun ictimai-mədəni həyatında fəal iştirak edir, sosial-iqtisadi sahələrdə həyata keçirilən dövlət siyasətinin təbliğini diqqətdə saxlayır..
Konfransda idarə heyətinin 5 nəfərdən ibarət yeni tərkibi seçilib. Təmleyxa Cəbiyevin Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə namizədliyi irəli sürülüb və təklif səsə qoyularaq qəbul edilib.
Təmleyxa Cəbiyev göstərilən etimada görə minnətdarlığını bildirib, rayonun ictimai-mədəni həyatında daha yaxından iştirak edəcəyini, kollektivlə birlikdə Şuranın fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışacağını qeyd edib.
Konfransda Şahbuz Rayon Ağsaqqallar Şurasının nəzarət-təftiş komissiyasının yeni tərkibi də müəyyənləşib, müzakirə olunan məsələlərlə əlaqədar qərar layihəsi qəbul edilib.
Novruz Məmmədov