Badamlı qəsəbəsində toxumla bərpa işləri aparılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunda yaşıllaşdırma işləri çərçivəsində Badamlı qəsəbəsində 5 hektara yaxın sahədə toxumla bərpa işləri aparılıb.
Rayon ərazisindəki dağ yamaclarında 5 hektar sahədə aparılan toxumla əkin işləri Şahbuz Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Əkində rayonun təbiətinə xas olan həmərsin, badamça, yemişan, göyrüş, aillant və yabanı alça toxumları əkilib.
Qeyd edək ki, payız mövsümündə Şahbuz rayonunda Badamlı və Ağbulaq kəndlərinin ərazisində 35 hektar sahədə toxumla bərpa işlərinin aparılması nəzərdə tutulub.
Novruz Məmmədov