Naxçıvanda yeni istifadəyə verilən tələbə yataqxanasında bütün şərait yaradılıb - VİDEO

A- A A+

Naxçıvan universitetləri xarici tələbələrin müraciəti və qəbul sayına görə ölkə üzrə öncüllüyünü qoruyur. Ümumilikdə, Naxçıvan şəhərində tələbə kontingenti 10 min 600-ə yaxındır ki, onlardan 1450-si ölkənin digər regionlarından gələn, 1050-yə yaxını isə xarici ölkə vətəndaşıdır.

Hər bir tələbə üçün oxuyacağı universitetin imkanları, tədris prosesi önəmlidir. Ölkəsindən, şəhərindən uzaqda təhsil almağı düşünənlər üçün isə tələbənin yaşayış şəraiti də əsas məsələlərdəndir. Hər sahədə olduğu kimi burada da dövlətimizin xüsusi diqqətini hiss edir və görürük. Bu ilin fevral ayında istifadəyə verilən yeni tələbə yataqxanası da bu işlərin bariz nümunəsidir.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Xuraman Rəhimova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: