Ötən ay muxtar respublikada fəaliyyət göstərən ticarət, iaşə, xidmət sahələrində monitorinqlər davam etdirilib

A- A A+

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir ki, Xidmət və onun yerli qurumları tərəfindən mart ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 10 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.

Belə ki, operativ vergi nəzarəti tədbirləri zamanı 2 vergi ödəyicisində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 1 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 7 vergi ödəyicisinin isə “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınma ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 2 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: