Qədim Naxçıvanın qeyrət qalası Sədərəyin igidləri Vətən müharibəsində torpaqlarımızın yağı düşməndən azad edilməsində iştirak etdilər. Belə igidlərimizdən ikisi – Abdullazadə Tağı İlham oğlu və Nadirli Ərtoğrul Hümbət oğlu rayon Şəhidlər xiyabanında uyuyurlar. Şəhidlik tarixləşən əbədiyyət və istiqlal türbəsidir. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimizdir. Bu günlərdə Sədərək rayonunun ərazisində yerləşən Şəhidlər xiyabanında təmir və abadlıq işlərinə başlanılıb. Aparılan təmir işləri zamanı qəbirlər yenidən üzlənəcək, məzarlığın ərazisinə daşlar düzüləcək, ətrafa gül kolları əkiləcək.
Allahdan şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik.
Fərhad Rzayev
“Oğuz yurdu” qəzeti