UNICEF-in Azərbaycandakı nümayəndəliyi Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə bağlı məlumat paylaşıb - FOTOLAR

A- A A+

UNICEF-in (BMT-nin Uşaq Fondu) Azərbaycandakı nümayəndəliyi 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı məlumat paylaşıb.

NUHÇIXAN İnformasiya Agentliyi nümayəndəliyin "Facebook" səhifəsinə istinadla xəbər verir ki, təşkilat Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə əməkdaşlıq çərçivəsində zərərçəkmiş rayonlardakı ailələr və uşaqlara kömək məqsədilə partlayıcı hərbi sursatlarla bağlı mümkün risklər barədə məlumatlılıq layihəsini həyata keçirir.

Bildirilir ki, ötən ilin noyabr ayından etibarən poster, liflet, dəftər və stikerlər kimi informasiya xarakterli maarifləndirici materiallar hazırlanıb və 35 mini uşaq olmaqla 100 mindən çox şəxsə paylanılıb. Proqram çərçivəsində yayılan məlumatlardan və broşürlərdən faydalanan 12 yaşlı Kənanın hekayəsi təqdim olunub.

Layihə haqqında daha ətraflı məlumatı bu linkdən https://uni.cf/3sOtlzJ əldə etmək mümkündür.

Qeyd edək ki, nümayəndəlik və ANAMA böyüklər və uşaqlar arasında, xüsusilə də partlayışlar riskinin yüksək olduğu ərazilərdə təhlükəsiz davranışın təşviqi üzrə birgə təşəbbüslə çıxış ediblər. Bu proqram yerüstü minaların və müharibənin partlayıcı qalıqlarının təhlükəsi barədə beynəlxalq məlumatlandırmanın artırılmasına yönəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: