Ordubadın dağlıq ərazilərində toxumla əkin aparılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ordubad rayonunun Bist kəndi yaxınlığında Güney bağı deyilən ərazidə aparılan əkin 12 hektar sahəni əhatə edib. Tədbir zamanı dağlıq ərazilərə alça, yemişan, həmərsin, badamça kimi yabanı meyvə və meşə ağaclarının toxumları əkilib.

Ordubadın təbii iqlim şəraiti meyvə və giləmeyvələrin artımına, bol məhsul verməsinə şərait yaradır. Aparılan yaşıllaşdırma tədbirləri ətraf sahələrin təbiətini gözəlləşdirməklə fauna və floranı da zənginləşdirir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və nazirliyin tabeli idarələri əvvəlki dövrlərdə bir neçə dəfə burada ting və toxumla əkin həyata keçiriblər. Ötən il Ordubad rayonunda 32 hektarda, bu ilin 3 ayında isə 20 hektarda toxumla əkin aparılıb. Əsas məqsəd yaşıllıq sahələrinin genişləndirilməsi, əraziyə məxsus bitkilərin toxumlarının əkilməsidir.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: