Bu il 326 qadının 27171 manat dəyərində 2692 rəsm və əl işi satılaraq dəyəri sahiblərinə təqdim olunub
Bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir.
Belə ki, Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması ilə bağlı ötən ay bir sıra tədbirlər həyata keçirilib. Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı təşkil olunub, 514 şəxsin 7426 rəsm və əl işi nümayiş olunub. 11 gün davam etmiş sərgi-satışda 278 müəllifin 26557 manat dəyərində 2583 rəsm və əl işi satılaraq dəyəri sahiblərinə təqdim olunub. Əlavə olaraq sərgi-satış çərçivəsində “Ən yaxşı əl işləri” müsabiqəsi keçirilib, münsiflər heyəti tərəfindən 9 qalib müəyyənləşdirilib, sərgi-satışın son günü onlar diplom və hədiyyə ilə mükafatlandırılıb.
Həmçinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən sərgi-satışda və Mədəniyyət Nazirliyinin satış mağazasında 48 istedadlı qadının 614 manat dəyərində 109 əl işi satılıbdır.
Ümumilikdə isə 2021-ci ilin I rübü ərzində 326 şəxsin 27171 manat dəyərində 2692 rəsm və əl işi satılaraq dəyəri sahiblərinə təqdim olunmuşdur.
Komitə və Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Culfa rayonunda yaşayan 13 aztəminatlı ailənin üzvü, 9 əlil qadına toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilib, istedadlı toxucu qadın Gülsüm Kəngərli əyani vasitələrdən istifadə etməklə iştirakçılara toxuculuq peşəsinin sirrlərini öyrədib.
Ötən ay valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 5 uşağın qeydiyyatı aparılıb. Uşaq hüquqlarının həyata keçrilməsinə dair elektron məlumat bankına 310 uşaq haqqında fərdi məlumatlar daxil edilib.