Naxçıvanda püstə bağlarının sahəsi genişləndirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kəngərli rayonunda 2 hektarlıq ərazidə yeni püstə bağının salınmasıyla muxtar respublikamızda püstə bağlarının ümumi sahəsi 104 hektara çatdırılıb.

Naxçıvan-Çalxanqala yolunun ətraflarında 800 püstə tingi əkilib. Ekoloqlar əraziyə yeni püstə fidanlarının əkilməsini aqrotexniki tələblərə uyğun həyata keçiriblər. Gələcəkdə bu bağın damcı üsulu ilə suvarılması üçün də müvafiq işlər həyata keçirilib.

Qeyd edək ki, kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 20 noyabr tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd Təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”  təsdiq edilib.

Həmin proqram çərçivəsində yeni püstə bağlarının salınması  ekoloji tarazlığın qorunması ilə yanaşı, böyük iqtisadi səmərə də kəsb edir. Gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsi, yeni bağların salınması nəzərdə tutulur.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: