Miqrasiya proseslərinə nəzarət gücləndirilir

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 12 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

Bu barədə Xidmətin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir. Belə ki, ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 380 müraciət daxil olub. Daxil olan müraciətlərdən 150-si əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 230 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 89-u elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: