Naxçıvan şəhərində ötən il təməli qoyulan “Gənclər Yaşayış Kompleksi”nin tikintisi sürətlə aparılır - VİDEO

A- A A+

Ötən il dekabrın 29-da Naxçıvan şəhərində yeni "Gənclər şəhərciyi" yaşayış kompleksi istifadəyə verilib. Gənc ailələrin rahatlığını təmin etmək məqsədilə həyata keçirilən tədbirlər bu gün də davam etdirilir. Sözügedən şəhərciyin ərazisində yeni yaşayış kompleksinin tikintisi aparılır.                          

Yeni Kompleks doqquzmərtəbəli olmaqla, 7 binadan ibarət olacaq. Yaşayış binaları 378 mənzilli olacaq ki, onlarda 2, 3 və 4 otaqlı olaraq nəzərdə tutulub. Kompleksdə həyətyanı sahə və istirahət parkı da yaradılacaq.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: