Dəmirçi kəndinin içməli su təminatı yaxşılaşdırılır - VİDEO
Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı, mühüm infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sərhəd bölgəmiz olan Sədərək rayonunda da tikinti, quruculuq və abadlıq işlərini xeyli sürətləndirib. Hazırda bir sıra obyektlərlə yanaşı mühüm layihələrdən biri olan içməli su təminatı və kanalizasiya xətlərinin çəkilməsi istiqamətində işlər davam etdirilir. Layihə çərçivəsində 6672 nəfər əhalisi olan Dəmirçi kəndində də içməli su xətlərinin çəkilişinə başlanılıb.
Naxçıvan televiziyasının əməkdaşları mözvu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Məhəmməd Fərəcov