Bu il muxtar respublikada uçota alınan sığortaolunanların sayı 691 nəfər olub

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə Fondun xəzinə hesabına 28 milyon 876 min 600 manat vəsait daxil olub ki, bu da proqnoz üzrə nəzərdə tutulmuş vəsaitdən 2 milyon 841 min 600 manat və ya 10.9 faiz çoxdur. Bu dövrdə pensiya və müavinətlərin maliyyələşdirilməsinə 48 milyon 53 min 39 manat vəsait yönəldilib. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitlərin 60 faizi məcburi dövlət sosial sığorta haqqı olaraq muxtar respublikada yığılıb. Əmək pensiyalarının indeksləşdirilməsi nəticəsində muxtar respublikada pensiyaçıların 92,3 faizinin pensiyalarının sığorta hissəsi 11,4 faiz artırılıb.

Bu il ilk dəfə əmək fəaliyyətinə başlayan və fərdi uçot sistemində uçota alınan sığortaolunanların sayı 691 nəfər olub. Ümumilikdə, fərdi uçot sistemində uçota alınan sığortaolunanların sayı 180 min 340 nəfərə çatıb. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin yanvar ayının 1-dən indeksləşdirilərək 2,8 faiz artırılması elektron qaydada həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: