Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilk tibbi yardımın qaydaları mövzusunda maarifləndirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat  xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı keçirilən maarifləndirici tədbirdə kollecin müəllim və  tələbə heyəti iştirak edib.

Bildirilib ki, tədbirin əsas məqsədi Naxçıvan Dövlət Texniki Kollecində mülki müdafiə hazırlığının təşkilinə və tədbirlərin keçirilməsinə diqqəti artırmaq, kollecin tələbələrinə və müəlllimlərinə fövqəladə hallar zamanı ilk yardım və qarşılıqlı yardım məsələləri, valideyn nəzarətindən kənarda təhsil alan gənc tələbələrin məişətdə istifadə etdikləri qaz təsərrüfatı və elektrik cihazlarından düzgün istifadə və istismar qaydaları barədə məlumat verməkdir.

Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları "Təhsil müəssisələrində mülki müdafiə və fövqəladə hallara hazırlıq günün zəruri tələbidir” və "Yanğın və digər xoşagəlməz hallar zamanı ilk tibbi yardımın göstərilməsini hər kəs bacarmalıdır” mövzularında çıxış edərək tələbələri məlumatlandırıb.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, mövzuya aid slayd və videomateriallar təqdim edilib.

 

           

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: