Tələbələrdən "Nizami İli"nə töhfə: “Xeyir və şər” səhnələşdirildi - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyası Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Xeyir və Şər” tamaşasını nümayiş etdirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tamaşa 4 şəkilli pyes əsasında 1 pərdədə səhnələşdirilib. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova, Elmi məsləhətçisi Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov, musiqi tərtibatı İncəsənət fakültəsinin I kurs tələbəsi Qorxmaz Qoçəlizadə, səhnə tərtibatçıları isə fakültənin III kurs tələbəsi Sadiq Əliyev və Gəray Məmmədovdur.

Qeyd edək ki, Bəhram şah rolunda “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs türkiyəli tələbə Emre Erik çıxış edib. Xeyir rolunu “Aktyor sənəti” ixtisası üzrə I kurs tələbəsi Xəlil Hüseynov və Şər rolunu isə həmin ixtisas üzrə I kurs tələbəsi Nurlan Qafarzadə oynayıb. “Aktyor sənəti” ixtisası üzrə tələbələrin üstünlük təşkil etdiyi tamaşada Rəngkarlıq, Bəstəkarlıq, Musiqi müəllimliyi və Müalicə işi ixtisasının tələbələri də yer alıb.

Sonda universitetin rektoru Elbrus İsayev tamaşanı yüksək qiymətləndirərək deyib ki, “Xeyir və Şər” Nizami ilinə verilən bir töhfədir.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: