Şərur rayonunda şair və yazıçılarla görüş keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi və Ağsaqqallar Şurası Şərur rayonunda  rayon ağsaqqalları, ziyalıları və gəncləri ilə görüş keçirib. “Bahar” Kinoteatrında təşkil edilən tədbirdə şair və yazıçıların yeni kitabları  təqdim olunub.

Tədbirdə Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva belə görüşlərin keçirilməsinin gənclərin mənəvi tərbiyəsində özünəməxsus rol oynadığını bildirib. 

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev tədbirin əhəmiyyətini önə çəkib, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə çıxış edib, şairin yaradıcılığı, qəzəlləri və Xəmsəsi haqqında iştirakçılara məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov Qarabağ zəfərindən danışıb. Qeyd edib ki, bu zəfər bütün xalqımız kimi şair və yazıçılarımızı da ruhlandırır, onları yeni əsərlər yazmağa sövq edir.

Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən Muxtar Qasımzadə, Elxan Yurdoğlu, Sürəyya Nəsib və digərləri vətənə, torpağa, Qarabağ zəfərinə həsr etdikləri şeirlərini səsləndiriblər. Yazıçı Hüseyn Əsgərov və Aralıq kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Sabrina Gültəkin müəllifi olduqları nəsr əsərləri barədə məlumat veriblər.

Tədbirin sonunda şair və yazıçıların 30-a yaxın yeni kitabı rayon mərkəzi kitabxanasına təqdim edilib.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: