Culfa rayonunun Gal kəndində yeni cəviz bağı salınıb

A- A A+

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” uğurla icra olunur. Muxtar respublikanın digər rayonlarında olduğu kimi, Culfa rayonunda da bu istiqamətdə həyata keçirilən tədbirlərin həcmi getdikcə artır, ənənəvi və məhsuldar meyvə sortlarından ibarət yeni bağlar salınır, relyef və iqlim şəraitinə uyğun meyvə ağacları əkilir, yaşıllaşdırma tədbirləri davam etdirilir. Rayonun Ləkətağ, Boyəhməd, Teyvaz, Gal, Şurud, Milax kəndlərində, Gədik meşələrində cəviz bağları çoxdur. Kəndlərdə cəvizi sakinlər şəxsi bağlarında yetişdirməklə yanaşı, artıq yol kənarlarında da əkirlər. Bu günlərdə rayonun ucqar dağ kəndi olan Galda yeni cəviz bağı salınıb. Bağ üçün ayrılmış ərazidə əvvəlcədən hazırlıq işləri aparılıb, tinglərin əkilməsi üçün çalalar qazılıb, suvarma tədbirləri görülüb. 1 hektarlıq sahədə salınan bağda 100-dən çox cəviz tingi əkilib. Qeyd edək ki, iqtisadi baxımdan olduqca səmərəli olan cəviz muxtar respublikanın dağ kəndlərinin əsl ruzi mənbəyidir.

                       Valeh Kəngərli

                      “Arazın səsi”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: