Azərbaycan Qazaxıstanda “TENİZ-2018” beynəlxalq kompleks təlimində iştirak edir

A- A A+

Qazaxıstanın Mangistau vilayətində “TENİZ-2018” beynəlxalq kompleks təlimi başlayıb.

NUHÇIXAN-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumtaına görə, “Xəzər dənizi akvatoriyasında, o cümlədən Xəzəryanı ölkələrdə təbii və texnogen qəzaların nəticələrinin aradan qaldırılması zamanı Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və İranın xilasetmə qüvvələrinin fəaliyyətinin təşkili” mövzusunda keçirilən təlimdə Azərbaycan FHN-nin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin şəxsi heyəti (ümumilikdə 32 nəfər) və texnikası, o cümlədən “İveco” markalı səyyar kimyəvi laboratoriya avtomobili, “Mersedec Sprinter” markalı xüsusi təyinatlı xilasetmə avtomobili, “Toyota Land Cruiser” markalı “Qərargah-rabitə” avtomobili və “BE-200 ÇS” amfibiya təyyarəsi iştirak edir.

Beynəlxalq təlim sabah Mangistau vilayətinin sahil hissəsində və Xəzər dənizi akvatoriyasında davam etdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: