Muxtar respublikada dezinfeksiya tədbirləri davam etdirilir - VİDEO
Naxçıvanda əhalinin sağlamlığının qorunması məqsədilə virus əleyhinə qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir. Bu da sanitar epidemioloji vəziyyətin stabil saxlanılmasına zəmin yaradır. Aparılan nümunəvi genişmiqyaslı tədbirlərin nəticəsində 0,04 faizlə virusa ölkə üzrə ən az yoluxma faktı Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. İnfeksiyaların, yolxucu xəstəliklərin yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə əlaqədar növbəti dezinfeksiya tədbirlərinə başlanılıb.
Naxçıvan televiziyasının əməkdaşları mözvu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Röyal Kərimov