Naxçıvan Muxtar Respublikası Qazısı Yanında Şura Naxçıvan şəhəri üzrə 2021-ci ilə dair Ramazan ayı təqvimini açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təqvimdə Ramazan ayının namaz vaxtları, o cümlədən imsaq və iftar vaxtları qeyd olunub.
Qeyd edək ki, Ramazan təqviminə əsasən, ilk Qədir gecəsi mayın 1-nə, ikinci Qədir gecəsi mayın 3-nə, üçüncü Qədir gecəsi mayın 5-nə, sonuncu isə mayın 9-na təsadüf edəcək. Şəvval ayının 1-i (13 may) Ramazan bayramıdır.
Allah tutduğunuz orucları və etdiyiniz duaları qəbul eləsin.