6 ayda sürücülük məktəbini bitirənlərin sayı 578 nəfər olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, 2018-ci ilin birinci yarısında  Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbini 578 müdavim bitirib. Onlardan 73-ü qadındır. Hazırda təhsil ocağında   BC və B kateqoriyaları üzrə hər birində 24 nəfər olmaqla 5 qrup fəaliyyət göstərir.

İki mərtəbədən ibarət olan məktəbdə 23 sinif otağı var. Otaqlar lazımi avadanlıqlarla təchiz edilib.

Təhsil ocağında 4 elektron lövhəli sinif, 2 metodiki kabinə, 2 avtotrenajor sinfi mövcuddur. Müdavimlər avtotrenajor siniflərində avtomobillərin idarə olunmasını praktik olaraq mənimsəyirlər. Avtotrenajorlardan biri yük, digəri isə minik maşını tiplidir.                                                                                                             Yürüş təlim meydançası da müasir tələblər səviyyəsindədir. Burada yol hərəkəti qaydalarına və müxtəlif yol nişanlarının tələblərinə əməl etməklə avtomobillərin idarə olunması praktiki olaraq öyrədilir.

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: