“Səhra mətbəxi” müsabiqəsinə start verilib - FOTOLAR
“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsinə start verilib.
NUHÇIXAN Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, müsabiqənin hakimləri hərbi aşpazlar tərəfindən hazırlanan müxtəlif təamların dadına baxaraq qiymətləndirməni həyata keçirirlər.
Yarışlar çərçivəsində “Dostluq evi”ndə Azərbaycanın milli mədəniyyətini əks etdirən sənət nümunələri müxtəlif ölkələrin hərbi qulluqçularına və qonaqlara nümayiş olunur.