Muxtar respublikada əmək pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan  NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Fond aprel ayında əhaliyə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Pensiyaçılar pensiyalarını plastik bank kartları vasitəsilə bankomatlardan və kənd yerlərində yaşayan pensiyaçılar isə istəkləri nəzərə alınaraq poçt bölmələrindən də ala bilərlər. Bundan başqa, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də maliyyələşdirilməsi üçün hal-hazırda müvafiq işlər görülür.

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq sığortaolunanların pensiya təminatlarında məcburi dövlət sosial sığorta haqqı şəklində toplanan pensiya kapitalı nəzərə alınır. Ödənilən məcburi dövlət sosial sığortası vətəndaşların bu günü və gələcəyinin təminatıdır. Eyni zamanda, məcburi dövlət sosial sığorta haqqı üzrə vəsaitin fondun xəzinə hesabına vaxtında daxil olması əmək pensiyaları və məcburi dövlət sosial sığortası üzrə ödəmələrin də vaxtlı-vaxtında maliyyələşdirilməsinə şərait yaradır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: