Sağlamlıq İmkanları Məhdud şəxslər tərəfindən toxunulan yun jiletlər hərbi hissəyə təhvil verilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində haqqı ödənilən ictimai işlərin təşkil olunması, məhdud fiziki imkanlı şəxslərin səmərəli məşğulluğuna, onların sosial müdafiəsinin gücləndirilməsinə əlverişli şərait yardıb.

Qeyd edib ki,  Sağlamlıq İmkanları Məhdud qadınlar tərəfindən toxunan 4100 cüt corab, 2900 ədəd yun boyunluq, 920 ədəd yun şərf və 700 ədəd yun jilet artıq hərbi hissələrə təqdim edilib. Bu gün isə onlar tərəfindən toxunan daha 700 ədəd yun jilet yüksək dağlıq şəraitində xidmət edən əsgərlərimizə təhvil verilib.

Əlahiddə Ümumqoşun Ordunun zabiti Ramin Dadaşov tədbirdə çıxış edərək bildirib ki, Naxçıvanda yerləşən ordu, birləşmə və hissələr hərtərəfli qayğı ilə əhatə olunub. Dövlət qayğısından və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi də növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür. Tədbirdə əsgər Tural Məlikov hərbi qulluqçular adından göstərilən diqqət və qayğıya görə minnətdar­lığını bildirib.

Çıxışların ardından yun jiletlər hərbi hissəyə təhvil verilib.

 

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: