Qalib ölkənin qəhrəman şəhidi-baş leytenant Həmid Qasımov - VİDEO
Doğma Qarabağımızın düşmən tapdağından azad olunması ilə 8 noyabr tariximizə zəfər günü kimi daxil oldu. Ölümün gözünə dik baxan neçə - neçə oğullar, atalar, qardaşlar idi bizi bu qələbəyə, sevincə aparanlar. Onlar Qarabağa işıq oldu, yol oldu. Bütövləşən Azərbaycanın zəfər nişanını-xarıbülbülü bizə geri qaytardılar. Qəhrəman şəhidlərimizin hər birinin öz hekayəsi var.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının Vətən müharibəsi qəhrəmanlarından biri-şəhid baş leytenant Həmid Qasımovla bağlı hazırladığı videomaterialı təqdim edir:
Elnurə Tahir