Şərur rayonunda keçirilən yaşıllaşdırma aksiyasında 300-dən çox meyvə tingi əkilib - FOTOLAR

A- A A+

Şərur rayonunun Yuxarı Daşarx və Dizə kəndlərini birləşdirən yolun ətraflarındakı meyvə bağlarında bərpa məqsədilə yerli şəraitdə yetişdirilən 300-dən çox armud və ərik  tingi, 200 ardıc kolu əkilib. Əkilən tinglər suvarılıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının iştirakı ilə keçirilən yaşıllaşdırma aksiyasında məqsədi Arpaçayın sahili boyunca uzanan bu yolun yaşıllığının artmasıdır.

Qeyd edək ki, son illər burada əkilən uzunömürlü çinar ağacları və həmişəyaşıl tinglər də boy verib, qol-budaq atıb.   

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: