Naxçıvanda “Qan ver, yaşat” devizi ilə könüllü qanvermə aksiyası keçirilib - FOTOLAR

A- A A+

Muxtar respublikada irsi qan xəstəliklərindən əziyyət çəkən, qan köçürülməsinə ehtiyacı olan və digər xəstələrin müalicəsində istifadə olunması üçün növbəti qanvermə aksiyası təşkil edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Qan ver, yaşat” devizi ilə keçirilən aksiyaya Naxçıvan şəhər əhalisinin könüllü donorları qoşulub.  

Səhiyyə Nazirliyinin təkilatçılığı ilə reallaşdırılan qanvermə aksiyası xeyriyyə məqsədi daşıyıb. Əvvəlcə Mərkəzi Qan Bankının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı müəyyən olunub. Onlardan virus, arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərlə bağlı qan analizləri götürülüb, donor kimi aksiyada iştirakları müəyyənləşdirilib.         

Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Bir neçə saat davam edən aksiyada donorlardan götürülən qan Mərkəzi Qan Bankına təhvil verilib.

Qeyd edilib ki, hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır. Muxtar respublikada talassemiya və hemofiliya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması da çox vacibdir və bu hal donor qanına olan tələbatı artırır. Bu gün keçirilən aksiyada məqsəd bu xəstələrlə bərabər, eyni zamanda təcili təxirə salınmaz hallarda xəstələrə dəstək olmaq və onların  qana olan ehtiyaclarını qarşılamaqdır.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: