Ağbulaqda toxumla aparılan bərpa işləri 30 hektara çatdırılacaq - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət bölgəsinin yaradılması haqqında” Sərəncamının icrası ilə əlaqədar həmin ərazilərdə təbiətin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi davam etdirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və nazirliyə tabe olan idarə və təşkilatların əməkdaşları Ağbulaq Kənd Turizm-İstirahət bölgəsi ərazisindəki dağ yamaclarında 3 hektar sahədə toxumla bərpa işləri aparılıb.  Əkin işləri zamanı kəndin təbiətinə xas olan  30  kiloqrama yaxın yabanı bitki toxumları əkilib və kənddəki yaşıllıq sahələrində zərərvericilərə qarşı dərmanlama tədbirləri  görülüb.

Qeyd edək ki, Ağbulaq Kənd Turizm-İstirahət bölgəsi ərazisində yaz aylarında toxumla bərpa işlərinin 30 hektara çatdırılması nəzərdə tutulur.

                                   

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: