Naxçıvanda məktəblilərin kütləvi müayinəsi aparılır - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 10-dan başlayaraq muxtar respublikada uşaqların kütləvi müayinəsi keçirilib. Növbəti tədbir Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə 571 şagirdin icbari dispanserizasiyası aparılıb.
Lor, oftalmoloq, stomatoloq, endokrinoloq, uroloq və digər həkimlərdən ibarət briqada Naxçıvan şəhərindəki Qızlar Liseyində, 1 və 2 nömrəli tam orta məktəblərdə olub və ümumilikdə, 3 min 40 şagird tibbi müayinədən keçib. Tədbir may ayının sonunadək davam edəcək.
Hafizə Əliyeva