Şərur rayonunda əhaliyə nümunəvi rabitə xidmətləri göstərilir

A- A A+

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Şərur rayonunda Avtomat Telefon Stansiyaları müasir tələblərə cavab verən yeni nəsil NGN tipli Avtomat Telefon Stansiyaları ilə əvəz olunub ki, bu da əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet və bir sıra digər telekommunikasiya xidmətlərinin göstərilməsinə səbəb olub. Bunlarla yanaşı, rayonda istismara yararsız rabitə xətləri yenilənir, taxta dayaqlar müasir üslubda hazırlanmış metal rabitə dirəkləri ilə əvəz olunur, fiber-optik xətlər çəkilir.

Son zamanlar əhalinin internet xidmətlərinə olan tələbatın təmin edilməsi, eyni zamanda keyfiyyətli, kəsintisiz və çoxçeşidli rabitə xidmətlərinin təşkili məqsədilə Şərur şəhəri, rayonun Oğlanqala, Mahmudkənd, Zeyvə, Maxta, Siyaqut, Aralıq, Düdəngə, Yengicə, Oğuzkənd, Danyeri, Püsyan, Ələkli, Çərçiboğan, Çomaxtur, Arbatan, Alışar, Şəhriyar kəndlərində fəaliyyət göstərən yeni nəsil NGN tipli Avtomat Telefon Stansiyalarına 32 yerlik internet plataları əlavə edilib ki, nəticə etibarı ilə 600-ə yaxın internet istifadəçisinin sayının artmasına şərait yaranıb.

Qeyd edək ki, bu  ilin  yanvar ayında rayonun Şəhriyar kəndində yeni Rabitə Evi istifadəyə verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: