Şərur rayonunda qarğıdalı əkinlərinə başlanılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunda iqtisadi baxımdan sərfəli bitki olan qarğıdalı əkinlərinə başlanılıb. Qısa müddətdə 200 hektardan artıq sahəyə toxum səpilib.

Ailə təsərrüfatçıları tərəfindən əkindən qabaq torpaq münbitləşdirilib, dərin şum aparılıb. Bölgədə qarğıdalı əkinləri xüsusi texnikaların qüvvəsi ilə həyata keçirilir. Ailə təsərrüfatçıları çalışırlar ki, əkinləri optimal müddətlərdə aqrotexniki qaydalar əsasında həyata keçirsinlər. Bu sahədə təcrübəli ailə təsərrüfatçıları daha yaxından iştirak edir, gələcəyin bol məhsulu üçün zəmin yaradırlar.

Rayonda tərəvəz əkini sahələri də əkinə hazırlanır. Bitkilərin suvarılması mexaniki üsulla həyata keçirilir. Bu məqsədlə 1,5 hektar ərazidə çiləyici qurğular quraşdırılıb. Qarğıdalı əkinlərinin suvarılması üçün də hazırlıq işləri görülür.

Qeyd edək ki, qarğıdalı zəngin qida elementlərinə malik bitkidir. Son illər bu bitkinin muxtar respublikada əkilib-becərilməsinə diqqət xeyli artıb. Xüsusilə qədim əkinçilik diyarı olan Şərur rayonunun torpaq mülkiyyətçiləri iqtisadi baxımdan səmərəli olan qarğıdalı əkinlərinə üstünlük verir. Ötən il rayonda 1218 hektarda qarğıdalı yetişdirilib, 12 min 545 ton məhsul götürülüb.

                                                         Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: