Naxçıvan şəhərində 4 mərtəbəli yeni uşaq bağçasının tikintisi davam edir - VİDEO

A- A A+

Muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərinin böyük bir hissəsi Naxçıvan şəhərinin payına düşür. Gündən-günə gözəlləşən diyarımız müasir şəhərsalma prinsiplərinə uyğun qurulur, yeni yollar salınır, modern üslubda inzibati binalar, yaşayış kompleksləri, təhsil müəssisələri və xidmət sahələri tikilib istifadəyə verilir. Həyata keçirilən tədbirlər sırasında uşaq bağçalarının tikintisi də diqqətdə saxlanılır.

Hazırda Naxçıvan şəhərinin  İstiqlal küçəsində inşa olunan yeni, 4 mərtəbəli uşaq bağçası, yeni gənclər yaşayış kompleksinin, kimya-biologiya təmayüllü lisey, “Asan xidmət”, yeni məscid kompleksi, icbari-tibbi sığorta üçün inzibati bina və digər sosial obyektlərdə inşaat işləri davam etdirilir. Şəhərin İstiqlal, Əziz Əliyev küçələrində və Atabəylər məhəlləsində müasir tələblərə cavab verməyən yaşayış binalarında əsaslı təmir işləri aparılır. Binaların təməli möhkəmlədirilməklə fasadı yenilənir, rabitə, elektrik, qaz, su sistemləri yenidən qurulur, həyətləri abadlaşdırılır.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

                        Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: