NUHÇIXAN xəbər verir ki, məktəblilər arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub. Üzgüçülük mərkəzində keçirilən birincilik məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə təşkil edilib. Yarışda 20 idmançı iştirak edib.
Üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə keçirilən yarışın yekununa əsasən, 15-16 yaşlı idmançılar arasında Həsən Abbasov 1-ci yerə, Amil Kətanov 2-ci, Telman Təmoyev isə 3-cü yerlərə layiq görülüblər. 13-14 yaşlı idmançılar arasında isə Toğrul İsmayılov qalib olub. Elgün Hüseynovla Seyfəddin Cəfərov müvafiq olaraq 2-ci, 3-cü sıralarda qərarlaşıblar.
Sonda hər yaş qrupunda yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
Emil Səmədov