ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə piyada əleyhinə 115, tank əleyhinə 63 mina aşkarlanıb

A- A A+

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, aprelin 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 115, tank əleyhinə 63 mina və 535 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 71,7 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: