Naxçıvançayın Şahbuz rayonu ərazisində monitorinqlər aparılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, bir neçə qurumun cəlb olunduğu monitorinqlərə Şahbuz şəhər su təmizləyici qurğular kompleksindən başlanılıb. Kompleksdən nümunələr götürülərək səyyari analizlər aparılıb. Yoxlama zamanı suyun tərkibindəki hidrogenin və həll olunmuş oksigenin miqdarı, elektrik keçiriciliyi, digər parametrlər yoxlanıb və sudakı bütün göstəricilər müsbət qiymətləndirilib. Monitorinqlər Naxçıvançayın rayon ərazisindən keçən hissəsində də davam etdirilib.
Monitorinqlər zamanı Şahbuz Rayon Mərkəzi Xəstəxanasında tibbi tullantıların idarə olunması, ekoloji və sanitar qaydaların vəziyyəti araşdırılıb. Naxçıvançayın Şahbuz şəhəri, Daylaqlı və Kiçikoba kəndlərindən keçən hissəsində sakinlər tərəfindən çaya məişət tullantılarının atılması aşkar olunub. Məişət tullantılarının atılmasının qarşısının alınması üçün aidiyyatı idarə və müəssisələrə tapşırıq və tövsiyyələr verilib. Rayon ərazisindəki bərk məişət tullantıları poliqonunda, yaşıllıq sahələrinə də baxış keçirilib.
Şahbuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də Şahbuz şəhər su təmizləyici qurğular kompleksinin və bərk məişət tullantıları poliqonunun ərazisində dezinfeksiya və dezinseksiya tədbirləri görüb.
Novruz Məmmədov