“Naxtel” MMC tərəfindən mobil xidmətlərin keyfiyyətinin artırılması məqsədilə muxtar respublikanın bölgələrində yeni dördüncü nəsil baza stansiyalarının sayı artırılır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu işlərin davamı olaraq Babək rayonunun Zeynəddin kəndində “Naxtel 4 G”-nin yeni dördüncü nəsil baza stansiyası istifadəyə verilib. Qeyd edək ki, “Naxtel” MMC sözügedən kənddə baza stansiyası yerləşdirən ilk mobil operatordur.
Bununla da “Naxtel 4G” bölgələrdəki dördüncü nəsil baza stansiyalarının sayını 116-ya çatdırıb. Yaradılan baza stansiyaları ilə muxtar respublikanın bütün bölgələrində abunəçilər müasir rabitə və yüksək sürətli internet xidmətləri ilə təmin olunur.
“Naxtel 4G” bölgələrdə mütəmadi səyyar satışlar da həyata keçirir. Zeynəddin kəndində də sakinlərin bu xidmətdən yararlanması məqsədilə səyyar satış təşkil olunub. Xidmət zamanı abunəçiləri maraqlandıran suallar cavablandırılıb, nömrə və "Naxtel"in digər məhsullarının satışı həyata keçirilib. 1+1 kampaniyası çərçivəsində "Naxtel" nömrə alan hər abunəçiyə bir nömrə də hədiyyə olunub.
Qeyd edək ki, “Naxtel 4G” -nin abunəçilər üçün avantaj paketləri tam şəkildə yenilənib. Paketlər həm danışıq, həm də internet baxımından sərfəlidir. Daha ətraflı məlumat üçün Naxtelin satış və xidmət mərkəzlərindən, eləcə də internet vasitəsilə “naxtel az” saytından məlumat əldə edə bilərsiniz.
Xosrov İbrahimov