Avropa İttifaqı arılar üçün zərərli pestisidlərin istifadəsinə qadağa qoyub

A- A A+

Avropa İttifaqına üzv dövlətlər Avropa Komissiyasının arılar üçün zərərli hesab edilən üç pestisidin açıq havada istifadəsinə qadağa qoyulması haqqında təklifini dəstələyib.

NUHÇIXAN ANSA informasiya agentliyinə istinadla xəbər verir ki, imidakloprid, klotianidin və tiametoksam kimi aktiv inqrediyentlərin istifadəsinə bundan sonra yalnız istixanalarda icazə veriləcək. Neonikotinoid kimi tanınan bu pestisidlərdən hazırda kənd təsərrüfatında geniş istifadə olunur.

Qərar 2013-cü ildə qoyulmuş məhdudiyyətlərə müvafiq olaraq qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: