Naxçıvanda ötən həftə 15 milyon kvadratmetrdən artıq ərazi dezinfeksiya edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında dezinfeksiya tədbirləri ötən həftə boyu davam etdirilib. Dərmanlama işləri qrafik əsasında muxtar respublikanın şəhər, qəsəbə və kəndlərini, yaşayış məntəqəsindəki sosial obyektləri, təhsil müəssisələrini, ümumilikdə insanların sıx toplaşdıqları əraziləri əhatə edib. Virus infeksiyalarına və yoluxucu xəstəliklərə qarşı qabaqlayıcı profilaktik tədbirlər çərçivəsində 15 milyon kvadratmetrdən çox sahə dezinfeksiya olunub.

Qeyd edək ki, aparılan nümunəvi genişmiqyaslı tədbirlərin nəticəsində ölkəmizdə virus infeksiyalarına ən az yoluxma faktı Naxçıvan Muxtar Respublikasında müşahidə olunur. Koronavirusinfo.az saytı COVİD-19-a yoluxma ilə bağlı bölgələr üzrə növbəti statistikanı açıqlayıb. Məlumata əsasən 0,04 faizlə virusa ölkə üzrə ən az yoluxma faktı Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: